“Çelsi”dən "Fiorentina”nın yarımmüdafiəçisinə təklif
29.01.2015 - 21:02
“Çelsi” “Fiorentina”nın yarımmüdafiəçisi Xuan Kuadradonu transfer etməkdə israrlıdı. Apasport.az saytının məlumatına görə, “zadəganlar” Kolumbiya millisinin 26 yaşlı üzvünün keçidinin şərtlərini açıqlayıblar.
İtaliya mətbuatı iddia edir ki, London klubu Kuadrado üçün Florensiya təmsilçisinə 33,4 milyon avro ödəyəcək. Bundan başqa, “Çelsi” Məhəmməd Salahı da cari mövsümün sonuna qədər “Fiorentina”ya icarəyə verəcək.
Qeyd edək ki, 2012-ci ildən “Fiorentina”da forma geyinən Xuan Kuadrado 85 oyunda meydana çıxıb və 20 qola imza atıb.
0
0