“Çelsi”nin sahibi Roman Abramoviç komandanın bu mövsümdəki çıxışından məmnundu. Apasport.az saytı xəbər verir ki, rusiyalı biznesmen baş məşqçi Joze Mourinyonun uzun müddət postunda qalmasının tərəfdarıdı.
Vaxt itirmədən hərəkətə keçən “zadəganlar” portuqaliyalı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşırlar. Belə ki, rəhbərlik ona yeni 4 illik saziş təklif edəcək. Mourinyonun mövsümün sonunda həmin anlaşmaya qol çəkməsi gözlənilir.
Qeyd edək ki, Joze Mourinyo 2013-cü ildə qayıtdığı “Çelsi” ilə 4 illik müqavilə bağlamışdı. Yeni anlaşma isə onun 2021-ci ilə qədər London klubuna məxsus olacağı anlamına gəlir.