“Çelsi”nin futbolçusu qərarını verdi
05.05.2016 - 15:12
“Çelsi”nin futbolçusu qərarını verdi

“Çelsi”nin belçikalı futbolçusu Eden Azarın karyerasını harda davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, adı müxtəlif klublarla birgə hallanan 25 yaşlı yarımmüdafiəçi qərarını verib.

 

London təmsilçisinin rəhbərliyi ilə görüşən Azar “Çelsi”də qalmaq istədiyini bildirib. Bu isə o deməkdi ki, təcrübəli xavbek digər komandaların təklifini qəbul etməyəcək.

 

“Zadəganlar”la 2020-ci ilə qədər sözləşməsi olan Azar klubunu dəyişmək fikrindən uzaq olduğunu açıqlayıb.

 

Qeyd edək ki, 2012-ci ildən “Çelsi”nin formasını geyinən Azar hazırkı komandasında 203 oyunda 54 qola imza atıb. 

0