“Beşiktaş”ın transfer siyahısında olan “Çelsi”nin seneqallı ulduzu Demba Ba komandadan ayrılmaq istədiyini bildirib. Apasprt.az saytının məlumatına görə, Ba, BBC-yə açıqlamasında özünə başqa klub tapmaq istədiyini vurğulayıb.
Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşmanın ikinci oyununun son dəqiqələrində vurduğu qolla London klubunu növbəti mərhələyə keçirən, çempionatın son turunda “Suonsi Siti” ilə görüşdə vurduğu qolla isə “Çelsi”nin çempionluq şanslarını saxlayan Ba, daimi forma geyə biləcəyi klub axtardığını söyləyib. O, baş məşqçi Joze Mourinyo ilə gələcəyi ilə bağlı heç bir görüşünün olmadığını da qeyd edib: “Mən futbolçuyam və oynamağı çox sevirəm. “Çelsi”dən ayrılacağım dəqiq deyil. Amma 90 dəqiqə meydanda formasını geyə biləcəyim komanda istəyirəm”.