“Çelsi”yə 23 milyon funt ziyan dəyib
23.11.2015 - 22:36
Londonun “Çelsi” klubu başa çatan maliyyə ilinin yekunlarını açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “zadəganlar” 30 iyunda bitən maliyyə ilinin nəticələrinə əsasən 23,1 milyon funt-sterlinq zərər edib.
Ancaq buna baxmayaraq, londonlular FİFA-nın maliyyə “fair-play” qaydalarından kənara çıxmayıblar. Belə ki, hesabat ilində “Çelsi”nin gəlirləri 314,3 milyon funt-sterlinq təşkil edib ki, bu da klubun ötən mövsüm əldə edilən 319.8 milyonluq nəticəsindən sonra tarixdə ən yaxşı ikinci göstəricisidi.
0
0