“Çempionluq yaddaşımda xoş xatirə kimi qalacaq”
17.06.2014 - 17:31
“Çempionluq yaddaşımda xoş xatirə kimi qalacaq”

“Qarabağ”dan ayrılan gürcüstanlı hücumçu Nikolas Gelaşvili Ağdam klubunun rəsmi saytına açıqlama verib. Apasport.az xəbər verir ki, 29 yaşlı forvard klubla bağlı xatirələrini bölüşüb:

“Bu komanda ilə karyerama daha bir çempionluq əlavə etdim. Bu da hər zaman xoş xatirə kimi yaddaşımda qalacaq. Mənə dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm. “Qarabağ”a da ÇL-da uğurlar arzulayıram”.
 

0