[b]“Cırtdanlar”ın futbolçusu tarixə düşdü[/b]
29.03.2015 - 23:18
[b]“Cırtdanlar”ın futbolçusu tarixə düşdü[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Şotlandiya millsi ilə qarşılaşan Cəbəllütariq yığması (6:1) adını UEFA-nın tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, matçın 20-cı dəqiqəsində Kil Kasyaronun vurduğu qol komandanın rəsmi oyunlarda ilk topu kimi tarixə düşüb.

 

Xatırladaq ki, 5 oyundan sonra qapısından 27 qol buraxan Cəbəllütariqin hələ ki, xalı yoxdu.

 

Qedy edək ki, Cəbəllütariq 2013-cü ilin 24 may tarixində UEFA-nın üzvü olub. 30 min əhalisi olan Cəbəllütariq ali futbol qurumunun ən kiçik ölkədi.