“Çixura” – “Neftçi” oyunu canlı yayımda
05.08.2014 - 11:53
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) oyunu canlı yayımlanacaq. Apasport.az xəbər verir ki, avqustun 7-də baş tutacaq qarşılaşma “İdman Azərbaycan” telekanalının efirində olacaq.
Bu görüş Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.
0
0