“Çixura”nın futbolçusu: “Neftçi”nin mərhələ adlamaq şansı çox azdı
09.08.2014 - 13:02
“Çixura”nın futbolçusu: “Neftçi”nin mərhələ adlamaq şansı çox azdı

“Neftçi” ilə oyunda baş hakim bizim 100 faizlik penaltimizi vermədi. Əgər referi 11 metrlik cərimə zərbəsini təyin etsəydi, hər şey başqa cür olacaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Çixura”nın futbolçusu Jambul Jiqauri deyib.

 

Avroliqanın III təsnifat mərhələsində doğma meydanda “Neftçi”yə 2:3 hesabı ilə uduzan Gürcüstan təmsilçisinin müdafiəçisi “ağ-qaralar”ın pley-off mərhələsində Serbiyanın “Partizan” klubu ilə düşməsinə də münasibət bildirib: “Neftçi” pley-offda “Partizan”la oynayacaq. Serbiya klubu çox güclü komandadı. İnanmıram ki, Azərbaycan klubu onlara qalib gəlsin. Məncə, “Neftçi”nin mərhələ adlamaq şansı çox azdı”.