“Qəbələ” Azərbaycan çempionu adı uğrunda “Qarabağ”la mübarizə aparacaq gücdə komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqası II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki”nin baş məşqçisi Vladan Miloyeviç deyib.
O, sabah keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb. Çalışdırıcı ilk matçdakı 1:0 hesablı qələbə barədə düşünmədiklərini bildirib: “Onlar Avropa Liqasında da uğurlu çıxış etməyə çalışır. Düzdü, ilk qarşılaşmada müsbət nəticə əldə etmişik. Amma bu haqda düşünmürük. Çünki bunu etsək, cavab oyunundakı çıxışımıza mənfi təsir edə bilər. Bakıdakı görüşə həlledici matç kimi yanaşırıq. Sanki ilk oyun olmayıb və hər şey bu bir qarşılaşmada həll edilir. Meydan sahiblərinin daha fəal, aqressiv futbol nümayiş etdirəcəyini gözləyirəm. Lakin biz öz oyun üslubunu dəyişməyəcəyik. Mərhələni kimin adlaması daha çox özümüzdən asılıdı, nəinki rəqibimizdən”.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ