“Dənizlispor” Yunisoğlusuz qələbə qazandı
28.03.2014 - 19:59
“Dənizlispor” Yunisoğlusuz qələbə qazandı

 

Həmyerlimiz Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I divizionda mübarizə aparan “xoruzlar”lar XXXII tur çərçivəsində “Kahramanmaraşspor”u qonaq edib.

 

Matç “Dənizlispor”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zədəli olan Yunisoğlunun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, bu qələbə ilə xalını 37-yə çatdıran “Dənizlispor” 10-cu sıradadır.