[b]“Dnepr”in baş məşqçisi “Qarabağ”ın ilk oyununa qiymət verdi[/b]
25.09.2014 - 17:03
[b]“Dnepr”in baş məşqçisi “Qarabağ”ın ilk oyununa qiymət verdi[/b]

“Sent-Etyen”lə matç bizim üçün dönüş nöqtəsi ola bilər. Ümumiyyətlə, Avropa Liqasının ilk görüşündə “İnter”ə məğlubiyyətdən sonra qələbə qazanmalıyıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.

 

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukrayna təmsilçisinin çalışdırıcısı qarşıdakı oyunlar haqqında danışıb.

 

O bildirib ki, ev oyunlarını doğma stadionlarında keçirmək istəyirlər: “Dnepropetrovsk şəhərində heç bir təhlükə yoxdu. Biz oyunlarımızı orada keçirmək istədik. Amma UEFA icazə vermədi. Bizim üçün doğma arena daha yaxşı olardı. Azarkeşsiz stadionda oynamaq istəmirik. Kiyevdə heç kim bizi dəstəkləmir. Belə olan halda, futbolçularımız özlərini yaxşı hiss etmirlər. “Sent-Etyen”ə qarşı keçirəcəyimiz oyun qrupdakı ən vacib matçlarımızdan biri olacaq. Mən komandama güvənirəm. Amma bizim üçün ən vacibi Ukrayna çempionatıdı. Əvvəlcədən də bunu demişdim ki, Avroliqada komandadan böyük uğur gözləmirəm. Yenə də oynayacağıq və uğur qazanmağa çalışacağıq”.

 

Markeviç “Sent-Etyen”in onlar üçün uyğun rəqib olduğunu vurğulayıb: “Sent-Etyen” yaxşı, həm də bizim üçün uyğun rəqibdi. Onların PSJ və “Qarabağ”a qarşı oyunlarını izləmişəm. Bizim üçün normal komandadı və qələbə qazana bilərik. “Qarabağ” rəqibindən daha üstün oynamışdı. Ona görə də Fransa klubuna qalib gələ bilərik. Sözsüz ki, qrupun favoriti “İnter”di. Digər komandalarla mübarizədə isə qrupun ikincisi olmaq üçün əlimizdən gələni edəcəyik”.