"Barselona" Bakıda çempion, "Araz" üçüncü oldu
26.04.2014 - 22:40
"Barselona" Bakıda çempion, "Araz" üçüncü oldu

Bakıda təşkil olunan futzal üzrə UEFA kubokunun “Dördlər finalı”na yekun vurulub. Apasport.az saytının xəbərinə görə, öncə III yer uğrunda, ardından final görüşü baş tutub.

 

"Sərhədçi" İdman Olimpiya Mərkəzinin meydanına öncə Azərbaycan çempionu "Araz" və Qazaxıstanın "Kayrat" klubları çıxıb. Yarımfinalda müvafiq olaraq İspaniya "Barselona"sı və Rusiya "Dinamo"suna uduzan bu komandalar bürünc medallar uğrunda mübarizə aparıblar. Kifayət qədər məhsuldar və gərgin keçən görüşü Azərbaycan təmsilçisi qalib başa vurub.

 

Finalda isə "Barselona" ilə "Dinamo" üz-üzə gəlib. Bu qarşılaşma da kifayət qədər maraqlı alınıb. Sonda isə qələbə İspaniya təmsilçisinə qismət olub. Nəticədə, "Barselona" UEFA kubokunun qalibi, "Dinamo" ikinci, "Araz" isə üçüncü olub.

 

 

26 aprel

Final

“Dinamo” (Rusiya) – “Barselona” (İspaniya) - 2:5 (əlavə vaxt)
Qollar: Romulo, 9; Tatu, 36 - Gabriel, 22; Dieqo, 29; Fernandao, 41; Lozano, 49, Pako, 50

 

Üçüncü yer uğrunda

“Araz” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) -  6:4
Qollar: Amadeu, 26; Foqilya, 27; 31; Fabiano, 36; Avqusto, 38; Eduardo, 38 - Baron, 15; Fumasa, 17 Kafe, 29; Fumasa, 33