“El-Klasiko” öncəsi “Barselona” rəhbərliyi şad xəbər alıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun lideri Lionel Messi topla məşqlərə başlayıb.
Argentinalı hücumçu qaçış hərəkətlərini də yerinə yetirməyə artıq hazırdı. Messinin Madrid “Real”ı ilə noyabrın 21-də keçiriləcək matçda iştirak edib-etməyəcəyinə hələ tam aydınlıq gəlməyib. Futbolçu topla məşqlərə başlamamışa qədər İspaniya mətbuatında onun “El-Klasiko”nu buraxacağı yazılırdısa, artıq 28 yaşlı futbolçunun əzəli rəqiblə görüşdə meydana çıxmaq şansının olduğu istisna edilmir.
Qeyd edək ki, Messi La Liqanın VI turu çərçivəsində “Las-Palmas”la qarşılaşmada dizindən zədələnərək, sıradan çıxmışdı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI