[b]“El Klassiko”nun tarixi bəlli oldu[/b]
07.02.2015 - 10:11
[b]“El Klassiko”nun tarixi bəlli oldu[/b]

İspaniya La Liqasının ikinci dövrəsində baş tutacaq “El Klassiko”nun tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, XXVIII tur çərçivəsində oynanılacaq “Barselona” – “Real” görüşü martın 22-nə təyin edilib.

 

“Nou Kamp”da keçiriləcək möhtəşəm qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Qeyd edək ki, geridə qalan 21 turdan sonra “Real” turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi olan “Barselona” isə liderdən 4 xal geri qalır.