“Elfsborq” – “İnter” görüşünün baş hakimi bəlli oldu
14.07.2014 - 14:17
Avroliqanın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Elfsborq” – “İnter” görüşünün baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Buros-Arena”da baş tutacaq qarşılaşmanı italiyalı referi Davide Massa idarə edəcək.
Qeyd edək ki, İsveçin Buros şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0
0