“Elfsborq” darmadağından qaçdı
21.07.2014 - 08:31
Avropa Liqasının II təsnifat mərhələsində “İnter”in rəqibi olan İsveçin “Elfsborq” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yan Mianın yetirmələri ölkə çempionatının XV turunda “Norçepinq”in qonağı olub.
Məhsuldar keçən oyunda meydan sahibləri qalib gəlib – 4:2. Qonaqlar ilk yarıda iki qol buraxandan sonra Mikel Bekmanın sayəsində fərqi minimuma endirib. Fasilədən sonra daha iki dəfə topu qapısında görən “Elfsborq” Viktor Prodelin qolu ilə darmadağından qaçıb.
Qeyd edək ki, 15 turdan sonra 25 xala malik olan “Efsborq” 5-ci pillədə qərarlaşıb.
0
0