“Elfsborq”un 3 oyunçusu zədəlidi
15.07.2014 - 09:25
“Elfsborq”un 3 oyunçusu zədəlidi

“İnter”in Avroliqanın II təsnifat mərhələsində rəqibi olan İsveçin “Elfsborq” klubu 3 futbolçusunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, həmin oyunçular müdafiə və hücum xəttində çıxış edir.

 

Bunlar müdafiəçilər – 23 yaşlı Anton Lans və 3 dəfə İsveç çempionu olmuş təcrübəli Yon Yönssondur. Ancaq sonuncu zədəli olsa da, artıq məşqlərə başlayıb. Onun iyulun 17-də meydana çıxacağı hələ ki dəqiq bilinmir. Bundan başqa, 22 yaşlı hücumçu Per Frik də zədəlidir.

 

Qeyd edək ki, “İnter”də yeganə zədəli Elvin Məmmədovdur.