“Elfsborq”un futbolçusu “İnter”dən çəkinir
14.07.2014 - 12:44
“Elfsborq”un futbolçusu “İnter”dən çəkinir

“Avroliqada bütün oyunlar çətindi. Bizi Bakı “İnter”inə qarşı heç də asan oyun gözləmir”. Apasport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “İnter”in rəqibi olan İsveçin “Elfsborq” klubunun yarımmüdafiəçisi Andres Svensson deyib.

 

O, növbəti mərhələyə adlamaq üçün evdə yaxşı nəticə qazanmalı olduqlarını bildirib: “Evdə özümüzə sərf edən nəticəni qazanmalıyıq. Bizim üçün avrokuboklarda uğur qazanmaq əsas hədəfdi. “İnter” heç də pis komanda deyil. Onlara qarşı çətin olacaq. Amma mərhələ keçmək üçün çalışacağıq”.