“Hazırda zədəm sağalmaq üzrədi. Məşqlərə qatılıram. “İnter”ə qarşı oyunda meydana çıxa bilərəm”. Apasport.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq” klubunun müdafiəçisi Yon Yönsson deyib.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “İnter”lə baş tutacaq oyundan danışan 31 yaşlı futbolçu ciddi rəqiblə qarşılaşacaqlarını bildirib: “Rəqibimiz Avroliqada artıq bir oyun keçirib. Bu onların ikinci sınağı olacaq. Biz isə avrokuboklara bu matçla başlayacağıq. Bakı klubu ciddi rəqibdi. Yaxşı top saxlayırlar. Heyətində usta futbolçular var. Ustalıqla müdafiə olunurlar. Komandamız qarşılaşmaya hazırdır. Çalışacağıq ki, qələbə qazanaq. Evdə elə nəticə qazanmalıyıq ki, səfərə rahat gedə bilək”.