“Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil”
15.02.2015 - 21:10
“Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil”

“Belə bir oyunda məğlub olduq ki, bunu düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.

 

Rumıniyalı mütəxəssis Topaz Premyer Liqasında XXII turu çərçivəsində evdə “Neftçi”yə uduzmalarına (1:3) şərh verib: “Viktor Mendinin cərimə meydançasında yıxıldığı zaman qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə, vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı. Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil. Mənim gətirdiyim oyunçular isə bu gün əsas heyətdə oynadılar və lazım gələni etdilər. Bizim qol epizodlarımız oldu. Əlbəttə ki, yaradılan epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar”. (pfl)