“Fənərbaxça” lisenziya aldı
03.07.2014 - 17:04
Türkiyənin “Fənərbaxça” klubu UEFA tərəfindən lisenziya alıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası qitə futbol qurumunun verdiyi “UEFA Klub Lizensiyası və Maliyyə Fair-Play Lisensiyası Sertifikatı”nı təşəkkür məktubu ilə birlikdə İstanbul klubunun ofisinə göndərib.
“Fənərbaxça” idman klubu maliyyə “Fair-Play” və idman, aşağı yaş qrupları, idarəetmə, hüquqi və maliyyə məsələlərində bütün qaydalara əməl etdiyinə görə 2014/2015 mövsümü üçün lisenziyaya layiq görülüb.
0
0