“Fənərbaxça” üçün şok: əsas heyətin yarısı dəyişir
07.04.2014 - 21:11
“Fənərbaxça” üçün şok: əsas heyətin yarısı dəyişir

“Qalatasaray”la derbi “Fənərbaxça” üçün baha başa gəlib. Apasport.az saytının məlumatına görə, derbidə uduzan komandanın 10 oyunçusu sarı vərəqə alıb. Əmrə Belözoğlu isə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə də görüb.

 

Bu oyundan sonra “Fənərbaxça”nın 5 əsas oyunçusu cəzalı duruma düşüb və növbəti oyunu buraxmalı olacaq. Baş məşqçi Ərsun Yanal 29-cu turda “Antalyaspor”u qəbul edəcəkləri oyunda əsas heyətin yarısını dəyişmək məcburiyyətindədir. Beləliklə, indiyə kimi meydana çıxmaq şansı az olan oyunçular ən azı bir oyunda əsas heyətdə oynaya biləcəklər.