“Fənərbaxça” van Persiyə əvəzləyici tapdı
24.11.2015 - 13:40
“Fənərbaxça” van Persiyə əvəzləyici tapdı

“Fənərbaxça” qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Fluminense”nin hücumçusu Fredlə maraqlanır.

 

“Sarı-lacivərdlilər” 32 yaşlı forvardı yanvarda komandadan ayrılacağı gözlənilən Robin van Persinin əvəzinə transfer etməyi düşünürlər.

 

Tərəflər arasında danışıqlara artıq start verilib.

 

Qeyd edək ki, 2009-cu ildən “Fluminense”nin formasını geyinən Fred 2005-2014-cü illər ərzində Braziliya yığmasının şərəfini qoruyub.