Türkiyə Superliqasının XVIII turu çərçivəsində “Karabükspor”u məğlub edən “Fənərbaxça” bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, İstanbul nəhənginin 1:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Səlcuk Şahin komandasının ilk qolunu vurub.
Sonuncu dəfə 2012-13 mövsümündə fərqlənən təcrübəli futbolçu 76 turdan sonra yenə azarkeşlərini sevindirib. “Akhisar”la səfər görüşündə də evə eyni nəticə ilə qayıdan (1:2) “Fənər”in qoluna yenə Səlcuk imza atıb.
Ümumilikdə, İsmayıl Kartalın yetirmələri cari mövsümdə hesabı açıb, önə keçdiyi 12 qarşılaşmada xal itirməyib. “Fənərbaxça” yalnız 1 oyunu qolsuz bərabərliklə başa vurub. İlk qola üzüldüyü 5 matçın sadəcə birində qalib gəlməyi bacarıb.