“Fənərbaxça”nın hücumçusuna yemək cəzası verildi - FOTO
28.10.2016 - 12:35
“Fənərbaxça”nın hücumçusuna yemək cəzası verildi - FOTO

“Fənərbaxça”nın hücumçusu Emmanuel Emenike yenə intizamsız hərəkətlə yadda qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, nigeriyalı forvard bu dəfə məşqə gecikib.

 

İkinci dəfə intizamsızlığa yol verən Emenikeyə baş məşqçi Dik Advokat qəribə cəza kəsib. Əslində, 29 yaşlı futbolçu buna görə 200 dollar cərimə ödəməli idi. Lakin “Xoş günümə düşdü. Bu dəfə cəza verməyəcəm”, - deyən Advokat əvəzində Emenikeyə bütün komandanı yeməyə aparmaq cəzası verib. Nəticədə dünən gecə futbolçu komanda yoldaşlarını restorana dəvət edərək, onlara ziyafət verib.

 

Artıq bir dəfə yeməyə gecikdiyi üçün 200 dollar məbləğində cərimələnən Emenike “Mançester Yunayted”lə Avroliqa matçında ehtiyatda qaldığı üçün İstanbula qayıtdıqda komandanın avtobusuna minməkdən imtina edib, evinə öz avtomobili ilə getmişdi. Həmçinin “Alanyaspor”la çempionat görüşündə əvəzləndiyi üçün birbaşa paltardəyişmə otağının yolunu tutan forvard sosial şəbəkədə baş məşqçinin əleyhinə statuslar yazmaqla diqqət çəkmişdi.

 

Qeyd edək ki, Emmanuel Emenike cari mövsümdə keçirdiyi 14 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0