“Fənərbaxça”nın keçmiş futbolçusu haqqında film çəkildi
18.08.2015 - 21:55
“Feyenord”un üzvü Dirk Kuyt barədə sənədli film çəkilib. Apasport.az saytının məlumatına görə, film Kuytun 9 illik fasilədən sonra “Feyenord”a qayıtması barədədi.
Belə ki, sənədli film futbolçuyla klub rəhbərliyi arasında İstanbulda müqavilə bağlanmasıyla başlayaraq, 9 il sonra “Feyenord”un heyətində ilk oyuna çıxmasına qədər davam edir.
Xatırladaq ki, Kuyt 2006-cı ildə “Feyenord”dan “Liverpul”a transfer olunmuşdu. 2012-ci ilə kimi “qırmızılar”ın şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi həmin ildən 2015-ci ilə kimi “Fənərbaxça”nın uğurları üçün çalışıb.
0
0