“Neftçi”nin oyununu görmüşəm. Onları dəqiqliklə təhlil edəcyik”. Apasport.az xəbər verir ki, bu sözləri “Koper”in baş məşqçisi Rodolfo Vanoli deyib.
Sabah Avropa Liqasınının II təsnifat mərhələsində Bakıda “Neftçi”nin qonağı olacaq sloveniyalıların çalışdırıcısı Flavinyonun çox təhlükəli futbolçu olduğunu bildirib: “Neftçi” cinahlardan çox yaxşı hücumlar təşkil edir. Onların kapitanı, braziliyalı Flavinyonu xüsusi qeyd etmək istəyərəm. Ona oynamaq üçün imkan verməməliyik. Əks təqdirdə bizim üçün çox pis olacaq. Bakıda qələbə qazanmaq üçün meydana çıxacağıq. Səfərdə vurduğumuz hər qol bizi üçüncü mərhələyə yaxınlaşdıracaq”.