“Futbol kralı”ndan Ronaldo və Messi müqayisəsi
11.06.2014 - 10:30
“Futbol kralı”ndan Ronaldo və Messi müqayisəsi

“Söhbət fərqli oyun keyfiyyətlərinə malik olan iki futbolçudan gedir. Fikrimcə, Kriştianunun uğuru komanda yoldaşlarının oyunundan çox asılı olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Futbol kralı” Pele deyib.

 

O, dünya çempionatı öncəsi yenə Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi haqqında danışıb. Pele onun və Portuqaliya millisinin ulduz oyunçusu Kriştianu Ronaldonun mundialda uğur qazanmaq şanslarını təhlil edib.

 

Pele hesab edir ki, argentinalının daha çox uğura nail olmaq imkanları var: “Ronaldo çox qol vurur. Ancaq ona komandasının dəstəyi lazımdır. Messinin də əla komanda yoldaşları var və fikrimcə, onun yığmada uğur qazanması üçün daha çox şansı var”.