Azərbaycan I Divizionda dördüncü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
“Qaradağ Lökbatan” evdə “Şuşa”nı tək qolla üstələyib. “Lokomotiv” Qazaxda “Göyəzən”i darmadağın edib. “Şahdağ” – “Bakılı” matçında isə tablodakı sıfırlar dəyişməyib.
Çmpionatın debütantı “Zirə” isə ilk məğlubiyyətini “Rəvan”la səfər oyununda yaşayıb. Görüş 3:1 hesabı ilə başa çatıb.
I Divizion
IV tur
25 sentyabr
“Qaradağ Lökbatan” – “Şuşa” - 1:0
Qol: Yasin Yaqubzadə, 10
“Şahdağ” – “Bakılı” - 0:0
“Göyəzən” – “Lokomotiv” - 0:4
Qollar: Qoşqar Sarıyev, 42, Rəşad Piriyev, 44; 73; 83
“Rəvan” - “Zirə” – 3:1
Elgün Abbaslı, 58, Vüsal Qarayev, 90+2 - Roman Kikalişvili, 8-avtoqol, Vüqar Əsgərov, 86
pfl.az