“Hamburq”un fanatı komandaya 25 milyon avro bağışladı
06.08.2014 - 06:56
“Hamburq”un fanatı komandaya 25 milyon avro bağışladı

 

Almaniyanın “Hamburq” klubunun fanatı sevimli komandası üçün qeyri-adi jest edib. Apasport.az saytının məlumatına görə, biznesmen Klaus-Mixel Kyune komandaya maliyyə dəstəyi göstərərək, yeni transferlər üçün 25 milyon avro bağışlayıb.

 

Kyune bildirib ki, yeni transferlərin “Hamburq”a bu mövsüm ötəni mövsümdən fərqli olaraq daha yaxşı nəticələr göstərməyə imkan verəcəyinə ümid edir. Komanda ötən mövsüm Almaniya çempionatında 16-cı yeri tutub və bundesliqada qalmaq üçün birinci liqa komandası ilə görüş keçirmək məcburiyyətində qalıb.