“Heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündü”
06.02.2015 - 18:22
“Heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündü”

"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Neftçi” ilə səfər oyuunundakı 0:0 hesablı heç-heçəni dəyərləndirib: “Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündü. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni  gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.