“Hər il 50 milyon…”
27.03.2014 - 07:09
“Hər il 50 milyon…”

“Milan” futbol klubunun sahibi Silvio Berluskoni komandaya hansı dəstəyi göstərdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Berluskoni hissləri barədə də danışıb.

 

“Milan”ın sahibi azarkeşlərin klubun hazırkı vəziyyəti ilə bağlı hansı hisslər keçirdiyini başa düşdüyünü də dilə gətirib: “Sizə çətindir? Təsəvvür edin mən nə çəkirəm. Hər il komandaya 50 milyon avro yatırım qoyuram…”

 

Qeyd edək ki, “Milan” bu gün gözlənilmədən səfərdə “Fiorentina”ya 2:0 hesabı ilə qalib gəlib.