“Həyat yoldaşıma söz vermişəm ki...” – Lui Van Qal
29.09.2015 - 21:43
“Həyat yoldaşıma söz vermişəm ki...” – Lui Van Qal

“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal müqaviləsi bitdikdən sonra klubundan ayrılıb-ayrılmayacağı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı məşqçinin “manukunianlar”la müqaviləsi 2016/17 mövsümünün sonunda başa çatır.

 

Təcrübəli mütəxəssis maraqlı açıqlamalar verib:

 

“Normal şərtlər daxilində mən komanda ilə növbəti mövsümün sonunda ayrılmalıyam. Ancaq indi dünya futbolunda normal olan nə var ki? Nəyin necə olacağını dəqiq demək olmaz.

 

Üstəlik həyat yoldaşıma söz vermişəm ki, müqaviləm bitən kimi onunla cənnətimizə (Portuqaliyadakı villa – red.) köçəcəyik. Sözümün üstündə durmamaq çox çətin olacaq.Gələn il 65 yaşım olacaq, xanımıma daha bir il futbolda qalmaq istədiyimi anlatmaq heç də asan olmayacaq”.