“Hücumameyilli oyunçulardan narazıyam”
15.02.2015 - 18:50
“Hücumameyilli oyunçulardan narazıyam”

“Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədova məxsusdu.

 

O, Topaz Premyer Liqasında XXII turu çərçivəsində evdə AZAL-la 060 hesablı bərabərə qalmalarına şərh verib: “Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”. (pfl)