“İkinci hissədə vəziyyəti dəyişdik”
19.02.2015 - 19:58
“Maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXIII turu çərçivəsində Zaqatalada “Simurq”la heç-heçə (1:1) etmələrindən danışıb: “İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.
0
0