“İnter” - 1247 gün sonra
18.03.2014 - 10:43
“İnter” - 1247 gün sonra

“İnter”in məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”a məğlub olan Kaxaber Sxadadzenin yetirmələri 2014-cü ildə ilk dəfə xalsız qalıblar.

 

Bakılılar sonuncu dəfə 86 gün əvvəl “Qarabağ”a 0:2 hesabı ilə uduzmuşdu. Ötən il dekabrın 20-də XVIII turda səfərdə yenilən “İnter” öz meydanında daha ağır məğlubiyyət alıb – 0:3.

 

Sonuncu dəfə 2010/11 mövsümündə böyükhesabla uduzan paytaxt təmsilçisi 4 ildən sonra belə nəticəyə üzülüb. “İnter” 1247 gün əvvəl – 2010-cu il oktyabrın 16-da AZAL-la səfər oyununda 5 cavabsız qol buraxmışdı.