“İnter” 2 əskiklə start verdi
14.10.2014 - 20:01
“İnter” 2 əskiklə start verdi

Oktyabrın 2-dən 10-dək Gürcüstanda təlim-məşq toplanışında olan “İnter” Bakıda məşqlərini bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, toplanışdan sonra ikigünlük istirahət verilən komanda dünəndən etibarən növbəti turun qarşılaşmaşına hazırlaşır.

 

Bu gün də “bankirlər” səhər məşqinə çıxıb. Məşqə isinmə hərəkətlərilə başlayan futbolçular prosesi topla çalışmalarla davam etdiriblər. Milli komandaya dəvət almış Səlahət Ağayev və Abdulla Abatsıyev istisna olmaqla komandanın üzvləri məşqə qatılıblar.

 

Qeyd edək ki, "İnter" oktyabrın 18-də "Simurq"la qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.

0