“İnter”: 1-ci dəfə alınmadı, 2-ci dəfə cəhd edir
07.06.2014 - 16:31
“İnter”: 1-ci dəfə alınmadı, 2-ci dəfə cəhd edir

Türkiyə hazırlıqlarını davam etdirən “İnter” yenidən qardaş ölkədə yoxlama oyunu keçirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, “bankirlər” iyunun 9-da Türkiyənin aşağı dəstəsində çıxış edən yarımhəvəskar komandalardan birinə qarşı gücünü sınayacaq.

Qeyd edək ki, “İnter” əslində dünən yoxlama oyunu keçirmək istəyirdi. Ancaq hava şəraiti buna mane olmuşdu.