“İnter” “Qalatasaray”ın 3 futbolçusu üçün rəsmi təklif göndərdi
01.06.2015 - 09:54
“İnter” “Qalatasaray”ın 3 futbolçusu üçün rəsmi təklif göndərdi

“Qalatasaray” üç aparıcı futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, müdafiəçilər Semih Kaya, Aleks Telleş və yarımmüdafiəçi Felipe Melo karyerasını İtaliyada davam etdirə bilər.

 

Gələn mövsüm A seriyasında çempionluğu hədəfləyəcək “İnter” Türkiyə klubunun hər üç oyunçusuna “elçi düşüb”. “Neradzurra”nın baş məşqçisi Roberto Mançini keçmiş yetirmələrinin mütləq alınmasını istəyib. “İnter” artıq bununla bağlı “cim-bom”un qapısını da döyüb. İtalyanlar adıçəkilən 3 futbolçunun transferi üçün qarşı tərəfə ümumilikdə 16,5 milyon avro təklif edib.

 

Lakin çətin ki, İstanbul nəhəngi bu təklifə müsbət cavab versin. Çünki “Qalatasaray” Çempionlar Liqasında iştirak edəcəyi üçün heyətini qorumağa çalışır.