Bakının “İnter” klubu Azərbaycan futbolunda rekord vurub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi avrokuboklarda ardıcıl 4-cü qələbəni qazanıb.
Bu göstərici isə Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə rekordunun təkrarıdır. 1994-cü ildən avrokuboklarda çıxış edən təmsilçilərimiz bunadək 4 qələbədən ibarət bir seriya ilə öyünürdü.
Həmin rekord da yalnız “Qarabağ”a məxsus idi. Ağdamlılar buna ötən mövsüm imza atmışdı. 2011/12 mövsümünün son oyununda evdə “Brügge”ni 1 cavabsız qolla yenən Qurban Qurbanovun yetirmələri 2013/14 mövsümündə daha 3 qələbə ilə bu seriyanı 4-ə çatdırmışdı. Makedoniya “Metallurq”unu iki dəfə 1:0, Polşa “Pyast”ını 2:1 hesabı ilə udan “Qarabağ” sonuncularla cavab matçında seriyanı dava etdirə bilməmişdi – 2:2.
Bir il sonra həmin rekorda şərik çıxan “İnter” də startda ardıcıl 3 qələbə ilə buna nail oldu. Ötən mövsümün son qarşılaşmasında Norveç “Tromse”sini 1:0 hesabı ilə məğlub edən Kaxaber Sxadadzenin yetirmələri Moldova “Tiraspol”unu iki dəfə yenmişdi - 3:2 və 3:1. İsveçdə “Elfsborq” üzərində 1:0 hesablı qələbə isə seriyanı 4-ə, “Qarabağ”ın rekorduna çatdırdı. Bakılılar Skandinaviya təmsilçisini evdə məğlub etməyi bacarsa, 5-ci qələbə ilə mütləq rekordun müəllifi olacaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ