“İnter” “Şəmkir”lə “Qarabağ”ın uğurunu təkrarladı
24.07.2015 - 11:58
“İnter” “Şəmkir”lə “Qarabağ”ın uğurunu təkrarladı

“İnter” avrokuboklarda mərhələni əlavə vaxtdakı qolla adlayan 3-cü Azərbaycan klubudu. Apasport.az saytının məlumatına görə, bakılılar Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda İslandiya “Hafnarfyordur”unu əlavə vaxtda keçib.

 

Səfərdə 2:1 hesabı ilə qalib gəlib, evdə 90 dəqiqəni eyni hesabla uduzan “İnter” əlavə vatda hesabı bərabərləşdirib – 2:2. Bununla da bakılılar “Şəmkir” və “Qarabağ”ın ardından əlavə vaxtda sevinən 3-cü təmsilçimiz olub.

 

Ümumiyyətlə isə indiyədək 7 dəfə klublarımızın oyununun taleyini əlavə vaxt həll edib. Bunların 3-də komandalarımız, 4-də rəqiblərimiz qalib gəlib. Əlavə vaxta ehtiyac duyulduğu digər qarşılaşmalar isə penaltilər seriyasına qədər uzanıb.

 

mövsüm

turnir

cüt

ilk oyun

cavab oyunu

1996/97

Kuboklar kuboku

Qarabağ – MüPa (Finlandiya)

0:1

1:1

2000/01

Çempionlar Liqası

Skonto (Latviya) – Şəmkir

2:1

1:4

2006/07

UEFA kuboku

Zimbru (Moldova) - Qarabağ

1:1

2:1

2007/08

Çempionlar Liqası

Xəzər-Lənkəran – Dinamo (Zaqreb, Xorvatiya)

1:1

1:3

2013/14

Çempionlar Liqası

Neftçi – Skenderbeu (Albaniya)

0:0

0:1

2013/14

Avropa Liqası

Qarabağ – Pyast (Polşa)

2:1

2:2

2015/16

Avropa Liqası

Hafnarfyordur (İslandiya) – İnter

1:2

2:2