“İnter” “Şturm”la qarşılaşacaq
06.06.2014 - 09:39
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in Avstriya təlim-məşq toplanışı zamanı bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “bankirlər” yerli komandalardan “Şturm”la qarşılaşacaq.
Vaxtilə Çempionlar Liqasının qrup mərhələsində Avstriyanı təmsil etmiş Qrats təmsilçisi ilə görüş iyunun 19-da baş tutacaq. 3 dəfə Avstriya çempionu ötən mövsümü V pillədə tamamlayıb.
Qeyd edək ki, “İnter”in Avstriya toplanışı iyunun 13-dən 27-dək keçiriləcək. Paytaxt təmsilçisi Mərkəzi Avropada daha 4 yoxlama oyununu keçirməyi planlaşdırıb.
0
0