İtaliyanın “İnter” klubu yanvarda icarəyə götürdüyü Lukas Podolskinin transfer hüququnu birdəfəlik almaq istəyindən vaz keçib. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın almaniyalı futbolçuya görə tələb etdiyi məbləğ “neradzurra”nı razı salmır.
“Topçular” Podolskini 7 milyon avro qarşılığında satmağa hazırdılar. Lakin italyanlar bu məbləğin çox olduğunu düşünürlər. Məhz bu səbəbdən “İnter” rəhbərliyi Podolskinin icarə müddəti başa çatdıqdan sonra onu göndərməyi qərara alıb.
Qeyd edək ki, karyerası ərzində “Arsenal”dan öncə “Köln” və “Bavariya” klublarının da formasını geyinmiş Podolski 2004-cü ildən Almaniya yığmasına da dəvət alır. O, Bundestimin heyətində 123 oyunda 48 qola imza atıb.