“İnter” Avstriya klubuna qarşı
16.06.2014 - 01:09
“İnter” Avstriya klubuna qarşı

Hazırda Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışında olan “İnter” bu gün ilk yoxlama matçına çıxacaq. Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yerli "SC Buchschachen" komandası ilə qarşılaşacaq.

 

"İnter"in yoxlama oyunlarında ilk rəqibi ölkəsinin gücünə görə 4-cü Liqasının Burqenland zonasında mübarizə aparır.

 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:15-də başlayacaq oyun "Thermenhotel Kurz Lutzmannsburg" otelinin meydançasında baş tutacaq.