“İnter” Bahodir Nasimovdan imtina etdi
11.06.2014 - 12:32
“İnter” Bahodir Nasimovdan imtina etdi

“İnter” özbəkistanlı hücumçu Bahodir Nasimovu heyətə qatmaqdan imtina edib. Apasport.az-a klubdan verilən məlumata görə, mövsümün sonunda “Neftçi” ilə yollarını ayıran futbolçunun zədəsi ona mane olub.

 

Avropa Liqasının təsnifat mərhələsindəki oyunlara qədər forvard problemini həll etmək istəyən “bankirlər” məhz bu səbəbdən onunla müqavilə bağlamayıblar. Paytaxt klubunun Türkiyə toplanışında müayinə olunan Nasimovun ancaq avqust ayına qədər hazır ola biləcəyinə aydınlıq gəlib.

 

Komandada baxışda olan digər futbolçu belçikalı Yelle de Bok da eyni durumdadır. Onun “İnter”in iyunun 13-də Avstriyada start götürəcək toplanışına gedəcəyi deyilsə də, müdafiəçinin zədəsi var. Əgər müayinədən sonra onun da gec sağalacağı müəyyən olunsa, futbolçu vətəninə yola salınacaq.