“İnter” Topaz Premyer Liqasının XXIII turunun “Bakı” ilə oyununun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, yeni ildə “Bakı” ilə yanaşı, çempionatın məğlubedilməz komandası olan “bankirlər”i düşündürən məqam var.
Belə ki, “Simurq”la Zaqataladakı görüşdə cəzalı Vaqif Cavadovun yerinə komandanı kapitan qismində meydana buraxan Ruslan Əmircanov həlledici görüşdə meydanda olmayacaq. “İnter”in əsas heyət üzvü olan sağ cinah müdafiəçisi ötən tur sabiq komandası olan “Neftçi” ilə matçda 4-cü sarı vərəqəsini almaqla cəzalı duruma düşüb.
Qeyd edək ki, “Şəfa” stadionunda keçirilməli olan “İnter” – “Bakı” görüşü saat 16:00-da başlayacaq.