“İnter” Elhad Nəzirini də qovur, legionerini də
02.05.2014 - 14:11
Avropa Liqasına vəsiqə qazanmaq şansını saxlayan “İnter” heyətində “təmizlik işləri”nə başlayacaq. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “bankirlər” 3 futbolçu yollarını ayıracaq.
Bunlar çexiyalı İvo Taborski, Elhad Nəziri və Asif Mirilidir. Ölkəmizə gələnədək son klubu Çexiyanın “Teplitse” klubu olan hücumameyilli yarımmüdafiəçi daha çox ehtiyatda qalması ilə seçildiyindən, Taborski ilə yeni müqavilə bağlanılmayacaq.
Adı əsas komandanın iştirak ərizəsində olsa da, daha çox əvəzedici komandada gününü keçirən millimizin sabiq üzvü Nəziri də eyni səbəbdən göndəriləcək.
0
0