“İnter”in legioner transferini həyata keçirmək istəyi uğursuz alınıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər”in çoxdandır anlaşmaq istədiyi Benin əsilli fransalı Omar Kossoko ilə danışıqlar dondurulub.
Ötən mövsümü Sofiya MOİK-ində keçirmiş Kossoko ilə danışıqları birbaşa “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov aparırdı. Ancaq futbolçunun meneceri ilə danışıqlar uğursuz nəticələnib. Bu üzdən diqqətlər Avropada çıxış edən başqa hücumçulara yönəldilib.
Qeyd edək ki, Aleksandr İaşvili və Vaqif Cavadovun komandadan ayrılmasından sonra “İnter” cinah hücumçuları axtarışına çıxıb.