“İnter” ikinci meydançada
16.07.2014 - 08:31
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsveçin "Elfsborq" komandası ilə qarşılaşacaq "İnter" Skandinaviyada ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, bakılılar qarşılaşmanın keçiriləcəyi "Boras Arena" stadionunun ikinci meydançasında məşq edib.
"İnter" bu gün İsveçdə növbəti məşqinə çıxacaq. Bakı vaxtı ilə saat 21:00-da "Boras Arena" bakılıların sərəncamına veriləcək. Bu dəfə Kaxaber Sxadadzenin yetirmələri əsas meydançasında oyunöncəsi rəsmi məşqinə çıxacaq
0
0